Bir imtahandan iki dəfə keçib, 1 dəfə “kəsildim”
Deməli belə, dünən dekan Yalçın Əlizadənin “Ədəbi redaktə” fənnindən imtahan vermişdim. Yoxlanışda mənim yazım Qulu Məhərrəmliyə düşüb. Əvvəlcə Qulu müəllim yoxlayıb 27 yazıb, sonra yazılar gedib rektoratlığa. Orda deyiblər səhv hesablanıb, onu pozub 24 ediblər. Və bütün sənədləri dəyişiblər, qiymətlər yeni vərəqə köçürülüb, peçat filan işi. Beləliklə, mən müvəqqəti olaraq “kəsilmişəm”. Müvəqqətinin müddəti mən fakültəyə gedənə kimi oldu. Özüm gedib işimi aldım, hesabladım yenidən 27 elədi. Verdim dekanlığa, özlərinə də göstərdim. Apardılar retorluğa düzəldib yenidən onu 27 etməyə. Və bir neçə saatlıq bu imtahandan kəsildim. Hesabladım bir imtahandan 2 dəfə keçib, 1 dəfə kəsilmişəm. Bu gün mənə görə, əvvəlcə qiymətimi 24, sonra isə 27 etmək üçün sənədlər 2 dəfə dəyişib, tələbələrin siyahısını, peçat, imza filan işini təzədən ediblər, mənə birşey olmadı, özlərinə iş artırdılar.
Əgər mən özüm yoxlamasaydım, belə də gedəcəkdim. Və aylıq təqaüdümü kəsəcəkdilər. Dördüncü kursda səhər növbəsinə yenidən gəlib üçüncü kurslarla dərsdə oturmalı, yenidən imtahan verməli idim. Bir il ərzində alacağım təqaüd minimum 460 manat edir. Bu da bir tələbə üçün böyük puldu. Əlavə, olaraq mən o kəsirə görə, işdən də çıxmalı idim. Buna da minimum aylıq 200 manat itirəcəkdim. Bunu silsilə olaraq hesablasam, gələckdə maaşımın artmasını nəzərə alsaq 100 000 filan ediree.
Bəlkə, mən böyüyüb prezident olacam, bunlar mane olacaqdı az qalsın.
Əlavə bir işlə məşğul olmağa vaxtım da olmayacaqdı. xarici dil kursu filan. Əsas məsələ, evdə deyəcəkdilər ki, avara olmusan, dərs oxumursan, qəşəhhh bir “ailə qınağı”
Bunlar mənim taleyimlə oynayırlaree
)) heç insaf yoxdu bunlarda!


tələbələrə və çox qorxulu bir şey kimi. Onlar üçün jurnalistikada əsas məsələ vətəndaşlıq, mənəviyyatdaşlıq, azcanbaycançılıqdaşlıq, mentaldaşlıq, dövlətdaşlıq, hökümətdaşlıq və s. anlayışlardır. Qeyd edim ki, “sovetski” deyəndə yəqin ki, anladınız 
B

fatimekerimli 16:45 on 17 Yanvar 2012 Sabit keçid |
)))) əlaaa.
samir 18:47 on 17 Yanvar 2012 Sabit keçid |
hele qayib meselesini de yazardindaa,,,))