Murad Əhməd"in Bloqu

Yüksək səslə düşünün

Bir imtahandan iki dəfə keçib, 1 dəfə “kəsildim”

Deməli belə, dünən dekan Yalçın Əlizadənin “Ədəbi redaktə” fənnindən imtahan vermişdim. Yoxlanışda mənim yazım Qulu Məhərrəmliyə düşüb. Əvvəlcə Qulu müəllim yoxlayıb 27 yazıb, sonra yazılar gedib rektoratlığa. Orda deyiblər səhv hesablanıb, onu pozub 24 ediblər. Və bütün sənədləri dəyişiblər, qiymətlər yeni vərəqə köçürülüb, peçat filan işi. Beləliklə, mən müvəqqəti olaraq “kəsilmişəm”. Müvəqqətinin müddəti mən fakültəyə gedənə kimi oldu. Özüm gedib işimi aldım, hesabladım yenidən 27 elədi. Verdim dekanlığa, özlərinə də göstərdim. Apardılar retorluğa düzəldib yenidən onu 27 etməyə. Və bir neçə saatlıq bu imtahandan kəsildim. Hesabladım bir imtahandan 2 dəfə keçib, 1 dəfə kəsilmişəm. Bu gün mənə görə, əvvəlcə qiymətimi 24, sonra isə 27 etmək üçün sənədlər 2 dəfə dəyişib, tələbələrin siyahısını, peçat, imza filan işini təzədən ediblər, mənə birşey olmadı, özlərinə iş artırdılar.

Əgər mən özüm yoxlamasaydım, belə də gedəcəkdim. Və aylıq təqaüdümü kəsəcəkdilər. Dördüncü kursda səhər növbəsinə yenidən gəlib üçüncü kurslarla dərsdə oturmalı, yenidən imtahan verməli idim. Bir il ərzində alacağım təqaüd minimum 460 manat edir. Bu da bir tələbə üçün böyük puldu. Əlavə, olaraq mən o kəsirə görə, işdən də çıxmalı idim. Buna da minimum aylıq 200 manat itirəcəkdim. Bunu silsilə olaraq hesablasam, gələckdə maaşımın artmasını nəzərə alsaq 100 000 filan ediree. 🙂 Bəlkə, mən böyüyüb prezident olacam, bunlar mane olacaqdı az qalsın. 🙂 Əlavə bir işlə məşğul olmağa vaxtım da olmayacaqdı. xarici dil kursu filan. Əsas məsələ, evdə deyəcəkdilər ki, avara olmusan, dərs oxumursan, qəşəhhh bir “ailə qınağı” 🙂 Bunlar mənim taleyimlə oynayırlaree :D)) heç insaf yoxdu bunlarda!

İki cəbhəli fakültə

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi “bilmirəm nədir”. Çox fikirləşdim, amma buna ad tapa bilmədim. Qarışıq bir şeydi. Adı olmayan sistem. Eynilə idarə olduğumuz hökümət kimi. Nə bilinmir, demokratiyadı, yoxsa diktatura. Deyəsən  demokraturadı. əgər bu ifadə uyğun gəlirsə.

Müəllimlər iki cəbhəyə bölünüb. Birinci cəbhə: “sovetski”lərdi. Onlar jurnalistikanı ümumi(utopik) ifadələrlə anlatırlar tələbələrə və çox qorxulu bir şey kimi. Onlar üçün jurnalistikada əsas məsələ vətəndaşlıq, mənəviyyatdaşlıq, azcanbaycançılıqdaşlıq, mentaldaşlıq, dövlətdaşlıq, hökümətdaşlıq və s. anlayışlardır. Qeyd edim ki, “sovetski” deyəndə yəqin ki, anladınız Davamını oxu…

Qəddafinin ölümü – ABŞ ikiüzlülüyü!

Hər kəs sevinir ki, Qəddafi öldü. Aha öldü. Amma necə öldü?! Səddam Hüseyin kimi?! Usama Bin Laden kimi?! YOX! Rəzalətlə öldü. Qəddafi qəhrəman idi və qəhrəman kimi də ölməli idi. Uzun müddət o xalqının qəhrəmanı olub. Həqiqətən insanlara “yaşamağı” yaşadıb.  Qəddafi diktaror idi. Amma… Davamını oxu…

“Hacıqabul”un Azərbaycana əks-effekti…

Bu yaxınlarda Hacıqabulda yanacaqdoldurma məntəqəsində baş verən hadisəni yəqin ki, hamı bilir. Məlumatı olmayanlar bu linkdən hadisə haqda oxuya bilərlər (Hacıqabulda partlayış)
Bu hadisə Azərbaycana maraqlı bir təsir etdi. Bu günlərdə isə bunun praktiki şahidi oldum. Səhər Bakı Jurnalistika Məktəbinə getmək üçün 128 nömrəli marşruta mindim. Marşrutun son dayanacağı bizim binanın qarşısındadı. Marşrutun biraz sonra FHN-in Nərimanov rayon şöbəsinin yanındakı yanacaqdoldurma məntəqəsinə (qısacası-zapravka) 🙂 girdi, girmək istədi girə bilmədi. Aparatın yanında saxladı. Bizdə marşrutun içində. Mənə təccüblü gəldi ki, nəimiş bunu içəri buraxdılar. Birdə gördüm ki, işçilər elə qaçırlar ki, marşrutun qabağına elə bil çoxdandı grmədikləri əziz bir qonaqları gəlmişdi. Tez-tələsik hay-küy saldılar ki, bəs “QANUN”…
“Sür tez çıxart maşını, belə olmaz, icazə vermirlər, Davamını oxu…

Şəhərimizdəki “səs-küy” – podcast

Şəhərdə olan səs-küydən, dükanların qarşısındakı mahnı səslərindən bunun cəmiyyətə təsiri, onları narahat etməsi, yoxsa bunu normal qarşılamalarına aid radioreportajım….Bu yazının üzərinə tıklayaraq dinləyə və yükləyə bilərsiniz . Buyurun:   Radioreportaj 

Analoqu olmayan Azərbaycanımızın prezidentinin onun vəzifələrinin və gördüyü…

Analoqu olmayan Azərbaycanımızın prezidentinin, onun vəzifələrinin və gördüyü işlərin də analoqu yoxdu, Heç bir ölkə prezidenti bizim prezidentimiz qədər vəzifə sahibi deyil, Bu gün daha bir vəzifə təsdiqləndi. “Prezident İlham Əliyev yenidən Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının sədri oldu” …bu cür eybəcərliklər başdan ayağa kimi qaynaqlanır….elə digər məmurlar da bu vəziyyətdədir. Deputatlar həm də icra strukturunda işləyir. Abel müəllim başda olmaqla digər 8 deputat-rektor Milli Məclisin daxilində hesabat tələb etdiyi adamdan bir addım çöldə özü ona hesabat verməyə məcburdur. Azərbaycanı yaşadan neftin prezidenti də bu sıradadır. Bu o deməkdir ki, Azərbaycan da normal kadr yoxdur ki, bir iş görsün, ona görə 10-15 vəzifəni bir adam yerinə yetirir. “Normal” sözü burda siz bildiyiniz kriteyialara görə ölçürmür, onun özünün ayrıca kriteyaları var, ilk olaraq isə yap-ÇI olmalısan…ya da bitərəf yap-çı…

Babəkin eks-prezidentimizlə əlaqəsi yox imiş

Bu facebook-da mənə təsadüfən rast gəldi. Və bunu görəndə elə sevindim ki, anlata bilmirəmee sevincimi…

Bu panarama mənə çox şeyi izah elədi. Əvvəlcə mənə elə gəldi ki, burda hesabın sahibi Xurremiddin Babekan bizim Babəkdır, yəni ərəblərə qarşı vuruşan Babək. Sonra gördüm info-sunda necə deyərlər, sex”inə female(qadın) yazilıb, Davamını oxu…

Bircə bu facebook dakı fake profillərdən canımı qurtara…

Bircə bu facebook-dakı fake profillərdən canımı qurtara bilsəydim…ama bir şey yaxşıdı ki, son vaxtlar tanış olmaq məqsədi ilə yox, sadəcə statuslarımı və əgər oxuyublarsa, bloq yazılarıma istinad edib, ağıllı uşaq olduğumu deyirlər…biraz məzlənən kimi, bilirlər ki, fake olduqlarını anlamışam…..itirlər)))

Stadiondan başlanan İNQILAB…

Bu blogpostu “Azərbaycanda  inqılabın zəruri olduğunu” hesab edənlərə ithaf edirəm….

İnqılab etmək üçün gərək bu insanları bir toplum halına gətirəsən. Amma bilirik ki, bizdə milləti bir yerə yığmaq çooooxxx çətindi. Ona görə mən təklif  edirəm ki, insanların könüllü ya da məcburi yığışdığı kütləvi  yerlərdə başlasın inqılab(yaxud da buna “inqılaba cəhd” də deyə bilərik).

Azərbaycanda adamların belə yığışdığı 3(üç) yer var: Davamını oxu…

“28 may” hara, H.Əliyev hara?

Qarşıdan 28 may gəlir. Amma Azərbaycanda təşkilatların əksəriyyəti və Televiziyalar başlayacaqlar H.Əliyevi təbliğ etməyə. Televiziyalar hətta ekranın yuxarı küncündə H.Əliyevin şəklini qoyacaq. Sabah Universitetdə “28 may”a həsr olunmuş tədbir keçirilir. Amma nədənsə tədbir “Müstəqilliyimizin 20 illiyinə həsr olunur”. Bunlar o dərəcəyə çatıblar ki, artıq Cümhuriyyəti unutdurmaq üçün oktyabr ayında baş vermiş hadisələri may ayında qeyd edirlər. İmkanları olsa təqvimdə mayın 27-sindən sonra 29-u gələrdi. Bilmirəm, bunların sabah edəcəkləri Davamını oxu…

Yazı naviqasiyaları

%d bloqqer bunu bəyənir: